Ərdoğan Azərbaycana gələcək

00:48 09-05-2022 | icon 2043
Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 may tarixlərində Bakıda keçiriləcək “TEKNOFEST” festivalında iştirak etmək üçün Azərbaycana  gələcək. 

Bu barədə “Sabah” məlumat yayıb. Bildirilir ki, Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə festivala qatılacağı gözlənilir.

 

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”də Türkiyənin Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Bayraktar” PUA-ları istehsal edən “Baykar” texnologiyaları lideri Səlcuq Bayraktar da festivalda olacaq.

Türkiyədən bir çox müdafiə sənayesi firmasının qabaqcıl texnologiya məhsullarını nümayiş etdirəcəyi festivalda türk ulduzlar da çıxış edəcək.

Müğənni Azərinin “Çırpınırdı Karadeniz” mahnısını ifa edəcəyi festivalda azərbaycanlı pilotlar hava şousu ilə çıxış edəcəklər.

4 gün davam edəcək festivalda iştirakçılar şəxsiyyət vəsiqələri ilə bilet ala biləcəklər və ziyarətçilər biletdə göstərilən tarixdə festivala daxil ola biləcəklər. Festival ərazisinə daxil olmaq üçün 5 yaş məhdudiyyəti olsa da, 7 yaşdan yuxarı uşaqlar qeydiyyatdan keçməli və dəvətnamə almalıdırlar.

 


Digər xəbərlər

0.46443915367126