Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək
Mayın 13-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağırlıqqaldırma üzrə yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, üç gün davam edəcək yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın idmançı iştirak edəcək.
Turnirin keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə, kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində bu idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağırlıqqaldıranların aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və beynəlxalq yarışlara hazırlanmasıdır.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...