“Qarabağ” dünya reytinqində ilk “100-lük”də

13:09 10-05-2022 | icon 1254
“Qarabağ” dünya reytinqində ilk “100-lük”də

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

300 komandanın yer aldığı siyahıya Azərbaycandan “Qarabağ” və "Neftçi" düşüb.

Ağdam təmsilçisi ötən reytinq cədvəli ilə müqayisədə 7 pillə irəliləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 136 xalla 99-cu sıraya yüksəlib.

“Neftçi” isə 87 xalla 237-ci pillədən 221-ci sırayadək irəliləyib.
 
Reytinq cəvdəlinə 305 xalla İngiltərənin “Çelsi” klubu başçılıq edir.


Digər xəbərlər

0.30415201187134