Siyasi sabitliyin təminatçısı

14:59 10-05-2022 | icon 1282
Siyasi sabitliyin təminatçısı

Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayan siyasi
bir təşkilatdır. Partiyanın VII qurultayı mühüm tarixi hadisə kimi diqqəti çəkib.
2021-ci il 5 mart tarixində keçirilmiş qurultayda Yeni Azərbaycan Partiyasının sədri,
Prezident İlham Əliyev çıxış edərək qarşıya təxirəsalınmaz vəzifələr qaoymuşdu.
O, ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini göstərib və
Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır.
Ulu öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti
ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Heydər Əliyevin böyük səyləri
ilə yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu
öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları
xalqı onun ətrafında birləşdirmişdir.
Məhz yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır. Heydər
Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan
Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə
axırıncı yerlərdə idi. Respublikada mühüm dəyişikliklərin əldə olunmasında Heydər
Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.
Ümumilli liderin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini
təmin etmişdir. Ulu öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin
qarşısını almışdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi
Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr
ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə
seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.
Onun apardığı uğurlu siyasət sayəsində Azərbaycan regionun lider ölkəsi statusu
qazanmışdır.
90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin
gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi
çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidləri yaratmışdır. Ümidsizlik,
cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın
olmaması - gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil edirdi.
Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz
pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma torpaqlarından
qovulmuşdu. Həmin illərdə ölkədə xalqı birləşdirən və ümummilli həmrəyliyi təmin edə
biləcək yeni siyasi gücün formalaşması zərurətini doğurmuşdu. Yeni Azərbaycan
Partiyası bu tarixi missiyanı layiqincə yerinə yetirmişdi.
2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci
Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi
islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim
partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının
zəruriliyini müəyyən etmişdir.
Prezident İlham Əliyev bu vəzifələri uğurla həyata keçirməyə nail olmuşdur. Dövlət
başçısı ulu öndər Heydər Əliyevin həyata keçirdiyi strateji xətti uğurla davam etdirmişdir.
Son illər onun rəhbərliyi altında partiyanın qəbul olunmuş qərarları hakim partiyanın
“iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin
başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu
postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması
idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş tarixi qərarlar partiyanın
fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə VII qurultayda YAP-ın yeni
Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın
Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən
edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın
strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların

və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII qurultayda İdarə Heyəti, Təftiş
Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş
Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir.
Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul
olunmuşdur.
Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq
Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası,
Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli
Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz
müsbət həllini tapmışdır.
Qurultaydan sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş,
Gənclər Birliyinin say tərkibi müəyyən edilmişdir. Veteranlar Şurası, Gənclər Birliyi,
Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının
reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.
Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik YAP-da aparılan yeni kadr siyasətinin əsas
meyarlarına çevrilmişdir. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni
Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri
vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin
olunmuşdur. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Həmçinin, “Yeni
Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilmişdir.
Bu gün YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin
davamı hesab olunur. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər
davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və
Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ötən ilin iyun ayının 2-də əməkdaşlığa
dair imzaladıqları niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında
olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına,
uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq
əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların
münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir. YAP Avropa
Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir. YAP
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq
dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın həmçinin, Çin, Rusiya, Ukrayna,
Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan,
Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri
mövcuddur. Ötən ilin 29 oktyabr tarixində Yeni Azərbaycan Partiyası və Çin Kommunist
Partiyası arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni
perspektivləri müzakirə olunmuşdur. 2021-ci il 4 dekabr tarixində isə Kiyevdə Yeni
Azərbaycan Partiyası və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyası arasında
əməkdaşlıq memorandumu imzala¬nmışdır.
Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir
sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini
verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri
stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının
Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə
keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət
partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli
təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.
VII qurultayda partiyanın qəbul etdiyi yeni Proqram demokratik dəyərlərə və milli
maraqlara əsaslanan, müasir yanaşma və metodları özündə ehtiva edib. YAP-ın yeni
Proqramı
Siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edən bu Proqram.
YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın
yeni Proqramı 5 fəsildən ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi
dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”,

“Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü
partiya” adlı fəsillər və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik,
Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və
insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar
münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ
inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü
iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan
kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan
dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin
qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu
quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini
tapıb.
Müasir cəmiyyətlərdə fərdlərin inkişafını təmin edən və ömürboyu təhsil prinsipinin
davamı olan şəxsi inkişaf mexanizmi YAP-ın partiyadaxili münasibətlərini tənzimləyən
vasitələrdəndir. YAP partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyət,
yoldaşlıq və qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı
təşviq edir. Sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini
möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla
yerinə yetirilməsi üçün əlverişli şərait yaradır. YAP yüksək mədəniyyətin Azərbaycan
xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili
münasibətlərin təşkilində etik qaydaların və milli dəyərlərin qorunmasına xüsusi diqqət
yetirir. Yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir
dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından
biri də innovativ inkişaf və kreativliyin təşviqi və geniş tətbiqinin dəstəklənməsidir.
Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən
əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir. Partiya hər
zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.
Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının
yeni Proqramında YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər
Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət,
ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş
cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni
irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli
maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük
Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə
edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin
dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə
beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə
xidmət edir.

Ələddin Zeynalov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.31759214401245