Stend atıcılığı üzrə Ölkə Kuboku yarışı keçiriləcək

12:26 11-05-2022 | icon 1490
Stend atıcılığı üzrə Ölkə Kuboku yarışı keçiriləcək

Bakıda atıcılıq üzrə daha bir mühüm yarışa start verilir. Mayın 12-15-də Bakı Atıcılıq Mərkəzində Stend atıcılığı üzrə ölkə Kuboku yarışları keçiriləcək.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının media ilə əlaqələr xidməti məlumat verib. 

Yarışlar stend atıcılığının səngər və dairəvi növlərində - kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək. Yarışlarda ölkəmizin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanın stеnd atıcılığı ilə olimpiya oyunlarında iştirakı isə 1988-ci ildə Sеul оlimpiadasında başlayıb. Ölkəmizə ilk Olimpiya qızılını da məhz idmanın bu növü qazandırıb. 2000-ci ildə Sidnеydə kеçirilən Yay Оlimpiya
Оyunlarında ölkəmizi təmsil edən Zеmfira Mеftahətdinоva 100 mümkün хaldan 98-ni toplayaraq, dünyanın ən sərrast stеnd atıcısı кimi tariхə düşüb.

Azərbaycanda beynəlxalq standartlara uyğun Qəbələ Atıcılıq Klubu və Bakı Atıcılıq Mərkəzi fəaliyyət göstərir. Bakı Atıcılıq
Mərkəzi infrastrukturu və təchizatı ilə Avropanın 4 ən yaxşı mərkəzindən biridir.


Digər xəbərlər

0.26781511306763