"Hayat Clinic" - Unikal Tibb Mərkəzi 

11:37 13-05-2022 | icon 252
loading...

"Reket jurnalistika" yenə iş başındadır. Bu dəfə bəzi "jurnalistlər" "Həyat Clinic" Tibb Mərkəzi və mərkəzin baş direktoru Elçin Sultanov haqqında ağlına nə gəldi onu da qələmə alır.

Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.

 

İlk öncə xatırladaq ki, ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. 

"Həyat Clinic" tibb mərkəzi də belə nümunəvi tibb müəsəssidir. Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Bura ən müasir tibbi avadanlığı ilə təchiz olunub. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. 

Tibb Mərkəzinə vertebroloq Elçin Sultanov rəhbərlik edir.

Qeyd edək ki, Elçin Sultanov təkcə Hayat Clinic tibb mərkəzinin baş direktoru deyil, eyni zamanda Azərbaycanda vertebrologiya sahəsində aparıcı mütəxəssisdir.

O, Avropanın müxtəlif ölkələrində və Amerikada dayaq-hərəkət apparatı xəstəlikləri üzrə staj keçib və fəaliyyət göstərib. O, onurğa xəstəlikləri üzrə 20 ildən artıq iş təcrübəsinə malikdir. Onurğa arası yırtıqların müalicəsində istifadə olunan bir çox müasir və unikal metodikaların müəlifidir.

Tibb mərkəzi hər zaman pasientlərinin sağlamlığını və rahatlığını düşünərək fəaliyyət göstərir. 

Bura tibbi heyətinin peşəkarlığı, ən son müasir tibbi təchizatı, pasiyentlərinin hər birinə fərdi yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə regionda tanınır və öz etibarını qazanmışdır.

Mərkəz müasir növ müalicə-diaqnostika mərkəzi olmaqla , yeni texnologiyalarla, peşəkarvədinamik personalla, xəstələrinə yüksək səviyyəli innovativ xidmət təklif edir.

Əsas məqsədi xəstəliklərin inkişafının öncədən profilaktikasının təşkilidir. Bu məqsədlə Avropanın bir sıra qabaqcıl klinikaları ilə birgə geniş spektrli profilaktik və diaqnostik müayinə – tibbi CHECK-UP proqramları tərtib edilib. CHECK-UP proqram-müayinələr zamanı insanın sağlamlığı haqqında əldə olunan nəticələrin kompleks analizidir.

Bu müayinələr klinikanın təchiz olunduğu ən müasir innovasion texniki cihazlar vasitəsilə icra olunur. Bu cihazların əksəriyyəti unikaldır.

"HAYAT Clinic" tibb mərkəzində bütün müayinələri daha sürətli, comfort mühitdə, hətta ən ağır müayinələri belə ağrısız şəraitdə keçə bilərsiniz.

Mərkəzin fəaliyyəti özəl tibb sahəsində yeni düşüncə tərzini formalaşdırmaqdır. İlk növbədə pasiyentin maraqları və müalicənin təhlükəsizliyi nəzərə alınır. Rahatlıqla demək olar ki, burada bu işin öhdəsindən gəlirlər. 

"HAYAT Clinic" Avropanın, Türkiyənin məhşur klinikalar ıilə sıx əməkdaşlıq edir.

Elçin Sultanov da işlədiyi bu illər ərzində diqqətli, səriştəli rəhbər kimi tanınmışdır. 

O, daima ona müraciət edən xəstələri diqqət və qayğı ilə dinləyib onlara əlindən gələn köməyi edir. Pandemiya dövründə xəstələrə daha çox diqqət və qayğı ayırır.

Xəstələrin dediyinə görə, Elçin həkim xəstələrin dilini çox gözəl bilir. Həqiqətən də xəstənin dilini bilmək üçün səmimi, saf olmalısan ki, xəstələr də  sənə inansın, güvənsin...

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Elçin Sultanovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində onun haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında "Hayat Clinic" Tibb Mərkəzi və mərkəzin rəhbəri Elçin Sultanov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da bilirik və tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bu məqalələrdə göstərilənlər onun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.


Digər xəbərlər

0.26056289672852