Ağstafa RMX-nın USM şöbəsi əhaliyə nümunəvi xidmət göstərir


Bu həkim haqqında mənə bir Ağstafa sakini elə ürəklə, elə içdən-səmimi danışdı ki, kövrəldim.
Nə edək ki, getdikcə insanlar soyuqlaşır, ədalətsizliklər durmadan artır, müəllim gül kimi körpə uşaqlara "pul dağarcığı" kimi baxır, həkim xəstəni, hakim cinayəti gəlir mənbəyi, ucuz qazanc hesab edir. Bu təkcə bizdə deyil, demək olar ki, dünyanı bürüyüb. Bəziləri hətta deyir ki, bütün bunlar "Qiyamət"in əlamətləridir...
Amma bütün bu qaranlığın, zülmətin içində ŞAM kimi işıqlı insana rast gəlirsən. Və həyat gözlərində yenidən canlanır. Böyük filosof Konfutsi əbəs yerə demirdi ki, zülməti söyməkdənsə, bir ŞAM yandırın. Bəli, bircə ŞAM yandırın.
Gözünüzün qabağına iki mənzərən gətirin. Zülmət qaranlıq otaq...adam özünü kor kimi aparırır, nə sağ var, nə sol, nə arxa, nə də ön...İndi isə həmin zülmətdə bircə barmaq boyda ŞAM yandırın...Həə..artıq adam özünü kor kimi deyil, rahat hiss edir...sağ var, sol var, ön var...Yəni itmiş oriyentirlər bircə anda qayıdır. Bax belə barmaq boyda şam kimi insanlar da var cəmiyyətimizdə. Onlardan biri haqqında uzun-uzadı deyil, qısaca, ŞAM boyda yazmaq istəyirəm.
Söhbət Ağstafa Mərkəzi Xəstəxanasının USM şöbəsinin həkimi Könül xanımdan gedir.
Sakinlərin dediyinə görə, Könül həkim xəstələrin dilini çox gözəl bilir. Həqiqətən də xəstənin dilini bilmək üçün səmimi, saf olmalısan ki, xəstələr də sənə inansın, güvənsin...
Yəqin ki, Hipokrat andı da içib Könül həkim. Bu yazını yazarkən, Hippokrat andının yunan, latın, hətta azərbaycan variantı ilə tanış oldum, mətni-andı diqqətlə oxudum. Bu andı bu günədək milyonlarla həkim içib...amma noolsun. Məsələ and içməkdə, hətta Quran oxumaqda deyil ee...Bir insanlıq məsələsi var. Bir müdrik demişkən, insanın ölməsi qorxulu deyil, fəlakət insanlığın ölməsidir.
Amma Könül xanım kimi ŞAM kimi insanlar varkən, insanlıq ölməz. Bilirəm səhiyyəmizdəki problemlərdən bezən oxucularımız, başını bulayıb, bir gül ilə bahar olmaz deyəcəklər. Bəli, əziz oxucular! Mən də bilirəm bir güllə bahar olmaz. Ancaq BİR GÜL panoramanı büsbütün dəyişə bilir. Gəlin, hamımız dua edək ki, vətənimizdəki ŞAM insanların sayı daha çox olsun.
Qeyd edək ki, Könül xanım Ağstafa Mərkəzi Xəstəxanasının USM şöbəsində çalışmağa başladığı gündən burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.
O, daima ona müraciət edən xəstələri diqqət və qayğı ilə dinləyib onlara əlindən gələn köməyi edir. Pandemiya dövründə xəstələrə daha çox diqqət və qayğı ayırır.
Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Könül xanımın uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Könül xanım haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Qeyd edək ki, son günlər bəzi internet saytlarında Ağstafa Mərkəzi Xəstəxanasının USM şöbəsi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da bilirik və tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından xəstəxananın kollektivi bu qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.
P.S. Azərbaycan xalqında qadına hörmət göstərmək bir mental dəyər səviyyəsindədir. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür. Bununla yanaşı, bizim dinimiz-İslam dini də qadınlara münasibətdə hörmət göstərməyi buyurur.
Lakin, çox təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim bəzi dırnaqarası dostlar, xüsusən bəzi KİV-lər nədənsə Könül xanımın uğurlarını həzm etmirlər. Azərbaycan xanıma qarşı çox çirkin kompaniya aparır, iftira dolu məqalələrlə hansısa məqsədlər güdürlər.
-
Kürdəmirdə polis işçiləri günü qeyd edilib
...
-
Bu gün neçə nəfər yoluxub?
...
-
Samux rayonunda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” qeyd olunub
...
-
Abşeronda polislərin peşə bayramı qeyd edildi - FOTOLAR
...
-
Salyanda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib, rayonunun Xıdırlı kəndində Rayon Polis Şöbəsinin 14 nömrəli polis sahə məntəqəsi üçün tikilmiş yeni binanın açılışı olub
...
-
Yevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib
...
-
Abşeronda səyyar qəbullar keçirildi - Fotolar
...
-
Sabah Bakıda hava yağmursuz olacaq
...
-
İcra başçısı gənclərlə görüş keçirib
...
-
Qaradağda Polis İşçilərinin Peşə Bayramı Günü qeyd edildi - Fotolar
...