Səttar Möhbalıyev hər zaman dövlətinə, millətinə xidmət edib
"Reket jurnalistika" yenə iş başındadır. Bəzi "jurnalistlər" yenə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyev haqqında ağlına nə gəldi onu da qələmə alır.
Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.
Səttar Möhbalıyev öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.
Hər zaman qəbuluna gələn vətəndaşların, seçicilərinin problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.
Yorulmadan çalışır, zəhmət çəkir. Onu tanıyan hər kəsə bəllidir ki, Səttar Möhbalıyev xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.
O, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb.
Bu gün 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə deputatı olduğu Naxçıvan sakinləri onu bir el ağsaqqalı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirlər.
Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Səttar müəllimin uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar.
Xüsusi olaraq qeyd edək ki, onun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, Səttar Möhbalıyev barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.
Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, xalqın gözü tərəzidir. Dövlətçiliyə sədaqətlə xidmət edən Səttar Möhbalıyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.
-
Sabahın havası açıqlandı
...
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib
...
-
Qubada iftar mərasimi təşkil olunub
...
-
Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar
...
-
Sabah 20° isti olacaq
...
-
Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirib - FOTOLAR
...
-
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“IDEA” Sabunçuda “Bizim Həyət”in açılışını etdi - Fotolar
...
-
Uğurlu xarici siyasətin yeni təzahürü
...