Azərbaycan neftinin qiyməti artdı

10:11 20-05-2022 | icon 1184
Azərbaycan neftinin qiyməti artdı

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin qiyməti 1 barel üçün 0,57 ABŞ dolları (0,48 %) artaraq 118,99 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.


Digər xəbərlər

0.26426005363464