Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib yeni vəzifəyə təyin edildi

09:23 25-05-2022 | icon 2173
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib yeni vəzifəyə təyin edildi

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.


Digər xəbərlər

0.26993298530579