Bu gün UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşəcək
Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq.
İlk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
"Canavarlar" 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə o vaxtkı adı ilə Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxmaqla imza atıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.
"Feyenoord"a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.
UEFA Konfrans Liqası
Final
25 may
23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Tirana, Milli Arena.
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...