Millət Vəkilindən bayram təbriki - FOTO

09:09 28-05-2022 | icon 1798
Millət Vəkilindən bayram təbriki - FOTO

Millət Vəkili Ülvi Quliyev özünün sosial şəbəkə hesabı vasitəsilə 28 MAY - Respublika günü münasibətilə təbrik paylaşımı edib.

Təbrikdə deyilir:

"Bu bayram Azərbaycanın və onu sevənlərin, onu müstəqil etmişlərin, onu müstəqil saxlamışların və saxlayanların, onun üçün canlarını fəda etmişlərin və onun müstəqilliyi üçün yaşayanların bayramıdır.
Hər birimiz üçün qürur anıdır ki, torpaqlarımız azad olunmuşdur, üç rəngli müqəddəs bayrağımız şərəflə dalğalanır.
Müstəqil olmuş dövlətimizi gücləndirmək isə hər birimizin vəzifəsidir. Biz fəaliyyət göstərdiyimiz sahədən asılı olmayaraq üzərimizə düşən işləri dürüstcəsinə və çox çalışaraq yerinə yetirdiyimiz təqdirdə müstəqil dövlətimiz daha da güclənib inkişaf edəcək, çiçəklənəcəkdir.
Çox yaşa müstəqil və şanlı AZƏRBAYCAN!"
 

Digər xəbərlər

0.30615901947021