“Qarabağ” “Adidas”dan imtina edir – yerli brendlə əməkdaşlığa başlayır

10:57 30-05-2022 | icon 2254
“Qarabağ” “Adidas”dan imtina edir – yerli brendlə əməkdaşlığa başlayır

“Qarabağ” “Adidas”la əməkdaşlığı dayandırır.

Bundan sonra Ağdam təmsilçilərinin forma və idman geyimi dəstlərini başqa şirkət hazırlayacaq. Artıq yeni texniki sponsorun hansı olacağı da bəllidir.

Əldə etdiyimiz eksklüziv məlumata görə, “Qarabağ” yerli brend “IL'Azero” ilə əməkdaşlığa başlayır. Yaxın zamanda bununla bağlı təqdimat mərasimi keçiriləcək. “Qarabağ” Çempionlar Liqasında eksklüziv dizayn edilmiş yeni formalarla mübarizə aparacaq.

“IL'Azero” Azərbaycanın ilk idman brendidir. 2017-ci ildə İlqar İmamquliyev tərəfindən yaradılan “IL'Azero” müxtəlif idman növü üzrə komandalar, idmançılarla əməkdaşlıq edir, eyni zamanda ölkə xaricindən bir sıra komandaların geyim təminatçısıdır.(Futbolpress)


Digər xəbərlər

0.2659649848938