Millimizin yekun heyəti açıqlandı

16:18 30-05-2022 | icon 2187
Millimizin yekun heyəti açıqlandı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Qazaxıstan, Belarus və Slovakiya yığmalarına qarşı keçirəcəyi C divizionun qrup oyunları üçün yekun heyəti açıqlanıb.

Baş məşqçi Canni De Byazi sözügedən matçlara hazırlıq məqsədilə 26 futbolçu dəvət edib.

 
 
 

Milli komanda iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu “Dalğa Arena”da qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazi ilkin mərhələdə hazırlıq prosesinə 15 oyunçu çağırmışdı.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Səlahət Ağayev ("Sabah"), Emil Balayev ("Turan", Qazaxıstan)

Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Maksim Medvedev, Toral Bayramov, Abbas Hüseynov (hamısı "Qarabağ"), Cəlal Hüseynov ("Zirə"), Anton Krivotsyuk ("Visla", Polşa), Azər Salahlı ("Neftçi"), Höccət Haqverdi ("Sumqayıt"), Bəxtiyar Həsənalızadə ("Sabah")

Yarımmüdafiəçilər: Qismət Alıyev, Coşqun Dİniyev, (hər ikisi "Zirə"), Riçard Almeyda, Qara Qarayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Eddi İsrafilov (hər ikisi "Neftçi"), Aleksey İsayev ("Sabah"), Anatoli Nuriyev ("Sumqayıt") Dmitri Nazarov ("Erzgebirge", Almaniya),

Hücumçular: Ramil Şeydayev ("Qarabağ"), Namik Ələskərov ("Bursaspor", Türkiyə), Renat Dadaşov ("Tondela", Portuqaliya), Mahir Emreli ("Dinamo Zaqreb", Xorvatiya)


Digər xəbərlər

0.29083800315857