Millimizin yekun heyəti açıqlandı
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Qazaxıstan, Belarus və Slovakiya yığmalarına qarşı keçirəcəyi C divizionun qrup oyunları üçün yekun heyəti açıqlanıb.
Baş məşqçi Canni De Byazi sözügedən matçlara hazırlıq məqsədilə 26 futbolçu dəvət edib.
Milli komanda iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu “Dalğa Arena”da qəbul edəcək.
Qeyd edək ki, Canni De Byazi ilkin mərhələdə hazırlıq prosesinə 15 oyunçu çağırmışdı.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Səlahət Ağayev ("Sabah"), Emil Balayev ("Turan", Qazaxıstan)
Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Maksim Medvedev, Toral Bayramov, Abbas Hüseynov (hamısı "Qarabağ"), Cəlal Hüseynov ("Zirə"), Anton Krivotsyuk ("Visla", Polşa), Azər Salahlı ("Neftçi"), Höccət Haqverdi ("Sumqayıt"), Bəxtiyar Həsənalızadə ("Sabah")
Yarımmüdafiəçilər: Qismət Alıyev, Coşqun Dİniyev, (hər ikisi "Zirə"), Riçard Almeyda, Qara Qarayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Eddi İsrafilov (hər ikisi "Neftçi"), Aleksey İsayev ("Sabah"), Anatoli Nuriyev ("Sumqayıt") Dmitri Nazarov ("Erzgebirge", Almaniya),
Hücumçular: Ramil Şeydayev ("Qarabağ"), Namik Ələskərov ("Bursaspor", Türkiyə), Renat Dadaşov ("Tondela", Portuqaliya), Mahir Emreli ("Dinamo Zaqreb", Xorvatiya)
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...