“Brent” markalı neftin qiyməti 117 dolları ötüb

01:40 31-05-2022 | icon 2059
“Brent” markalı neftin qiyməti 117 dolları ötüb

Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı “qara qızıl”ın qiymətindəki artım sürətlənib.

Bu gün keçirilən hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 1,38 faiz bahalaşaraq 117,16 dollardan, “WTI” markalı neftin avqust fyüçersləri də 1,89 faiz bahalaşaraq 116,96 dollardan satılıb.

Sonuncu dəfə martın 25-də “Brent” neftinin barreli 117 ABŞ dolları olub.


Digər xəbərlər

0.27589106559753