Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq

11:59 31-05-2022 | icon 1978
Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq

Bu gün hər bir Azərbaycan vətəndaşı və hər bir insan ümumiyyətlə
görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir,
əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.
İlk Xalq Cümhuriyyəti yaradılanda vəziyyət fərqli idi. Əlbəttə, rus
imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan
əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya
bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır.
Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq.
Ancaq, eyni zamanda, onu da bilməliyik ki, müstəqillik cəmi iki il
çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi,
müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum
edildi. Bununla bərabər, hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan
millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı təcavüzə
başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar
yaşamışdır.
Onu da artıq nəinki Azərbaycanda, dünyada bilirlər ki, dövlət
müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq
Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil
verdi və bu, bağışlanmaz bir cinayət idi. Beləliklə, bizim qədim
diyarımız bizdən ayrı düşdü.
Amma Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə
ay sonra Zəngəzur da bizim əlimizdən alındı. Bu tarixi də hər kəs
bilməlidir, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç
bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan
ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti
düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də,
qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki
Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri,
bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.

Müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da vəziyyət
təxminən eyni idi. Çünki iki il ərzində - 1991-ci ilin oktyabrından
1993-cü ilə qədər Ermənistan Azərbaycana qarşı növbəti təcavüz
etmişdir və müstəqillik elan olunandan dörd ay sonra Ermənistan
dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Ondan üç ay
keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 1993-cü ilin
aprelində Kəlbəcər işğal olundu. Beləliklə, Ermənistanla Qarabağ
arasında canlı bağlantı yaradıldı.
Biz 1993-cü ildə də eyni vəziyyətlə üzləşə bilərdik. Yəni,
müstəqilliyimiz faktiki olaraq böyük təhlükə altında idi, sözdə var idi,
amma de-fakto yox idi. Çünki Azərbaycan müstəqil siyasət apara
bilmirdi. Müstəqillik, əsl müstəqillik məhz odur ki, sən müstəqil
siyasət apara bilirsən, yoxsa yox. Əks təqdirdə bu, sadəcə olaraq, şərti
xarakter daşıyır.
1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu
hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız
başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında
iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır.
Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm
olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm
Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı
hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün
müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ
müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun
nəticəsində düşməni diz çökdürdük.

Mahir Hüseynov,
Saatlı rayonu Seyidlər kənd ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.25235390663147