Şahmat olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti açıqlandı
Hindistanın Çennai şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti bəlli olub.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, kişi şahmatçılardan ibarət komandanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunub.
Nicat Abasov kapitan, Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaq.
Qadın şahmatçılardan ibarət yığmaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunub. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi milli komandaya kömək edəcək.
Qeyd edək ki, iyulun 28-də start götürəcək olimpiada avqustun 10-da yekunlaşacaq.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...