Qaradağda Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi - Fotolar

17:53 01-06-2022 | icon 1867
Qaradağda Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi - Fotolar

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Vətən müharibəsi şəhidlərinin, qazilərinin, övladları, eyni zamanda qayğıya ehtiyac olan uşaqlar və onların valideynləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb:

 

“Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb”.

Milli Qəhrəmanın həyat yoldaşı İmanova Badam və baş gizir Allahverdiyev Turab çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqları təbrik edərək tədbiri təşkil edən Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirib. 

Daha sonra tədbir bayram konsert ilə davam etdirilib. 

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.

 

 



Digər xəbərlər

0.24158620834351