Türk dünyasının böyük oğulları
Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və "TEKNOFEST"in
təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur " Bayraktar" PUA-
ların ixtiraçısı Səlçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurması əlamətdar
hadisədir.
Festivala maraq çox böyük idi, respublikamızın demək olar hər yerindən ziyarətçilər
festivala axışırdı. Həmçinin festivalın peşakarlar tərəfindən hazırlanması və
keçirilməsi onun möhtəşimliyini daha da artırırdı. Tədbir çərçivəsində keçirilən
müsabiqələr, şagirdlərin və tələbələrin böyük şövqlə və istəklə buraya qatılması,
özlərini sınaması gənclərimizin elmə, müasir texnologiyalara artan marağını bir daha
təsdiq edir. Pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirməsi və digər
sahələr üzrə gənclərə ideyalarını reallaşdırmaq imkanı verən festival onlarda elm
naminə çalışmaq, yeniliklər etmək, sağlam mühitdə rəqabət aparmaq kimi
mədəniyyətlərin formalaşmasında mühüm rol oynayacaq. "TEKNOFEST
Azərbaycan" çərçivəsində təşkil olunan sərgilər, hava şouları, konsertlər və əyləncə
attraksionları ziyarətçilər tərəfindən maraqla qarşılandı və hamının könlünü oxşadı.
Daha qürurverici məqam isə milli şahinlərimizin və qardaş ölkənin pilotlarının
möhtəşəm hava şousu idi ki, onlar da çətin manevrlərin öhdəsindən ləyaqətlə
gəlməklə izləyiciləri heyrətləndirdilər.
Əzizov Zeynal,
Saatlı rayon ziyalısı
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...