Sabah 38° isti olacaq

14:54 03-06-2022 | icon 1637
Sabah 38° isti olacaq

Azərbaycanda iyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.


Digər xəbərlər

0.23833608627319