Azərbaycan zəruri infrasruktura malikdir

11:59 06-06-2022 | icon 1795
Azərbaycan zəruri infrasruktura malikdir

Zəngin tariximiz, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir.
Fauna və flora, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan naftalan, nadir qədim
memarlıq abidələri, özünəməxsus mədəniyyət,  milli mətbəx və  bir  çox  digər amillər
Azərbaycanda turizmin bütün növlərinin işgüzar,  idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik,
çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.
Dünyadakı mövcud 11 iqlim qurşağından 9-nun ölkəmizin ərazisində olması yay və qış
istirahətinin təşkilinə şərait yaradır. Buna görə də ekoloji turların təşkili çox geniş yayılıb.
Azərbaycanda  turizm  sahəsi gündən-günə  inkişaf edərək iqtisadiyyatın gəlir gətirən ən
mühüm  sahələrindən birinə  çevrilir.  Regionlarda  fəaliyyət göstərən  Qafqaz  mehmanxanalar 
şəbəkəsi, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkı, Qusardakı möhtəşəm “Şahdağ” qış-
yay  turist  kompleksi  həm  idmanla  məşğul  olmaq, həm də turistləri qəbul
etmək üçün müvafiq infrastruktura malikdir. 15-dən  çox  Olimpiya  idman  kompleksini  də bura 
əlavə etsək, daha real mənzərə yarada bilərik. Çünki həmin komplekslərdə də mehmanxanalar,
istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bütün  bunlar, təbii  ki, 
turizmin  dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, eyni  zamanda  ölkənin  iqtisadi
inkişafı  üçün  böyük  perspektiv  deməkdir.
Azərbaycan enerji sahəsində həm böyük potensiala, həm də inkişaf etmiş infrastruktura
malikdir. Ona görə də Ukrayna Azərbaycanla enerji sahəsindəki əməkdaşlığını daha da
genişləndirmək istəyir. Bu sözləri müsahibəsində Avronest Paqrlament Assambleyasının Enerji
Təhlükəsizliyi üzrə Komitəsinin iclasında iştirak etmək üçün Bakıya gəlmiş Ukrayna
parlamentinin deputatı Taras Kutovyi demişdir. T.Kutovyi bildirmişdir ki, Ukrayna ədalətsiz
olaraq çox baha qiymətə qaz alır ki, bu da iqtisadi baxımdan sərfəli deyildir. Bu amil Ukraynanın
Trans-Anadolu qaz kəməri layihəsində (TANAP) iştirak etmək arzusunu gündəmə gətirmişdir.
Məmmədov Pərvin,
Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru


Digər xəbərlər

0.25461602210999