Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazanıb
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib.
Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma qolsuz bərabərliklə bitib. Görüşə Azərbaycan komandası daha fəal başlayıb. 9-cu dəqiqədə Emin Mahmudovun zərbəsini qapıçı Pavel Pavlyuçenko dəf edib. 24 yaşlı qolkiper bir dəqiqə sonra Ramil Şeydayevin fərqlənməsinə mane olub.
19-cu dəqiqədə Mahmudovun təhlükəli cərinə zərbəsinin qarşısını da Pavlyuçenko alıb. 27-ci dəqiqədə isə Azər Salahlı qapıçı səddini keçə bilməyib. Üç dəqiqə sonra Ramil Şeydayev topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb. İlk hissənin sonlarında rəqibin bir neçə epizodda fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.
İkinci hissənin əvvəlində tərəflər ehtiyatlı oyuna üstünlük veriblər. 59-cu dəqiqədə Renat Dadaşovun yerinə Namik Ələskərov, Şeydayevin yerinə isə Mahir Emreli meydana daxil olub. 65-ci dəqiqədə Maksim Medvedev zədələndiyi üçün yerini Qismət Alıyevə verib. 73-cü dəqiqədə Emin Mahmudovun növbəti dəfə qüvvətli zərbəsini Pavlyuçenko qaytarıb. 84-cü dəqiqədə Qismət Alıyev Qleb Şevçenkoya qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qrupun digər matçında Qazaxıstan səfərdə Slovakiyaya minimal hesabla qalib gəlib - 1:0. 6 xala malik Qazaxıstan seçməsi qrupun lideridir. Slovakiyanın 3, Belarus və Azərbaycanın 1 xalı var.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü iyunun 10-da Bakıda Slovakiya seçməsinə qarşı keçirəcək.
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...