Hafiz Məmmədovla bağlı həbs tələbi rədd edildi
Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun həbsi tələb olunub.
Külli miqdarda vergi borcu olduğu üçün bir müddət öncə həbs edilib, sonra azadlığa buraxılan Məmmədovun yenidən həbs edilməsi üçün protest verilib.
Bakı Apellyasiya Məhkəməsindən bildirilib ki, bir neçə gün öncə protestə baxılıb. Məhkəmə Hafiz Məmmədovun həbsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gələrək protesti təmin etməyib.
Qeyd edək ki, bu ilin yanvarında Dövlət Vergi Xidməti tərəfindən H. Məmmədov barəsində cinayət işi başlanılıb. O, həbs edilsə də, borcunun bir qismini ödədiyi üçün 4 gün sonra azadlığa buraxılıb.
H. Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 minini ödəyib.
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...