AHİK: Normadan artıq isti və küləkli hava şəraitində iş rejimi necə olmalı və buna hansı qurum nəzarət edir?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq yay mövsümünün başlanması ilə əlaqədar üzv təşkilataların xidmətinə daxil olan müəssisə və təşkilatlarda havanın hərarəti 41 dərəcəni keçərsə, açıq havada işlərin dayandırılmasına ictimai nəzarətin həyta keçirilməsini tövsiyə edib.
AHİK-in Hüquq, Əməyin mühafizəsi və Mətbuat və ictimaiyyətlə əlaqələr şöbələrinin birgə məlumatında göstərilir ki, burada məqsəd iş yerlərində sağlamlığa mənfi təsir edən isti havalarda açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin dayandırılmasına həmkarlar ittifaqlarının ictimai nəzarətinin gücləndirilməsini təmin etməkdən ibarətdir. Əmək Məcəlləsinin 2-ci əlavəsində işçilərə fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın tempraturu və küləyin gücü göstərilib.
Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulduğu kimi, əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əmək müqaviləsi və kollektiv müqavilələrdə bu məsələlər nəzərdə tutulur və nəzarəti həmkarlar təşkilatları yerinə yetirir, həmçinin nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və işçinin əməyinin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsində işçilərin sosial müdafiəsi, əmək şərtləri, iş və istirahət vaxtları və digər məsələlərlə yanaşı, əməyin mühafizəsi üzrə işçinin hüquqları da nəzərdə tutulur.
Əməyin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi, sağlam və əlverişli iş şəraitinin yaradılması haqqında məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin IX bölməsində qeyd olunub.
Həmkarlar ittifaqları Əmək Məcəlləsinin 236-cı maddəsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddsinə əsasən, nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...