Azərbaycanın U-21 yığması bu gün Norveçin qonağı olacaq

19:42 14-06-2022 | icon 1574
Azərbaycanın U-21 yığması bu gün Norveçin qonağı olacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradadır.

AVRO-2023, seçmə mərhələ

20:00. Norveç – Azərbaycan

Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)

Drammen. “Marienlyst” stadionu


Digər xəbərlər

0.29458212852478