Şuşada beynəlxalq şahmat turniri keçiriləcək
“Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək”.
Bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.
O bildirib ki, turnir sentyabrda təşkil olunacaq: “Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində iş başlayıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21-24 sentyabr tarixlərində keçiriləcək Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək”.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...