Şamaxıda "Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirilib
17 iyun tarixində Şamaxı Diaqnostika Mərkəzində "Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn və xəstəxananın kollektivi iştirak edib.
Tədbirdən öncə ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən bəhs edərək, hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ötən pandemiya və müharibə dövründə səhiyyə işçilərinin fədakar əməyindən söhbət açmış, peşə bayramı münasibətilə onları təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, cəmiyyətin inkişafında tibb işçilərinin rolunun əhəmiyyətindən geniş söhbət açaraq peşə bayramı münasibətilə bütün səhiyyə işçilərini təbrik edib
Daha sonra çıxış edən həkimlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, həmkarlarını peşə bayramı münasibətilə təbrik etmişlər.
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...