Laurensiu Regekampfın “Neftçi”dəki illik gəliri

19:32 22-06-2022 | icon 1402
Laurensiu Regekampfın “Neftçi”dəki illik gəliri

“Neftçi”nin yeni baş məşqçisi Laurensiu Regekampfun alacağı illik maaş bəlli olub.

 

Rumıniyanın “Prosport” saytı 46 yaşlı mütəxəssisin illik 480 min avro, yəni aylıq 40 min avro maaş alacağını yazıb. Bu, onun son klubu olan “Universitatya Krayova"yakı gəlirindən 3 dəfə çoxdur. İddia edilir ki, həmin klubda Regekampf aylıq 15 min avro maaş alıb.

Sayt onu da yazır ki,  “Universitatya Krayova" Regekampfla müqaviləni vaxtından əvvəl ləğv etdiyi üçün ona 180 min avro təzminat ödəyəcək. Həmçinin qeyd edilib ki, Regekampf bu klubdan istefaya göndərildikdən cəmi 10 gün sonra “Neftçi” ilə müqavilə imzalayıb.


Digər xəbərlər

0.26057600975037