İcra hakimiyyəti rüşvət qalmaqalına aydınlıq gətirdi: "Başçının müavininə şər atırlar"
Tərtər Rayon İcra Hakimiyyət başçısının müavini Abbas Cavadovun vətəndaşları aldatdığı, rayonun Burc kənd sakinlərinin 13 min manat pulunu mənimsədiyi ilə bağlı xəbər yayılıb.
Tərtər Rayon İcra Hakimiyyəti rüşvət qalmaqalı ilə bağlı açıqlama verib.
İcra hakimiyyətindən göndərilən açıqlamada bildirilir ki, rayonun Buruc kəndindən yeni subartezian quyusunun qazılması ilə bağlı şikayətçi olan sakinlər icra başçısı Müstəqim Məmmədov tərəfindən başçının birinci müavini Elvin Umudovun, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizovanın, Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadovun iştirakı ilə qəbul edilib, dinlənilib. Sakinlərə izah olunub ki, yeni subartezian vurulan zaman yerlər rayon icra hakimiyyəti başçısı tərəfindən deyil, komissiya tərəfindən seçirilir və yeni subartezianlar ölkə Prezidentinin Sərəncamı ilə dövlət tərəfindən qazılır.
“Bunun üçün heç bir sakindən pul alınmayıb, korrupsiya halına yol verilməyib. Ancaq müraciət müəllifləri verilən izahatdan razı qalmayıb, yuxarı dövlət qurumlarına şikayət ərizələri, teleqramlar göndəriblər. Odur ki, 16 iyun 2022-ci il tarixdə Tərtər Rayon İcra hakimiyyəti başçısının müavini Abbas Cavadovun, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş müdriyyətinin nümayəndəsi Möhübbət Məmmədovun, Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Məmmədovun, Buruc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Böyükkişi Məlikovun və şikayət edən sakinlərin nümayəndələrinin iştirakı ilə Buruc kəndində qazılması nəzərdə tutulmuş Bərdə rayon sakini, şəhid atası Bəbişov İlqar İdris oğlunun Buruc kənd sakinlərindən aldığı əkin sahələrinə və şikayətçilərin pay torpaq sahələrinə baxış keçirilib. Baxış zamanı məlum olub ki, həqiqətən də şəhid atası Bəbişov İlqar İdris oğlunun kənd sakinlərindən aldığı əkin sahələrində yeni subartezian quyusunun qazılmasına ehtiyac var və komissya yeri düzgün müəyyənləşdirib”, -icra hakimiyyətindən bildirilib.
Məlumata görə, şikayətçilərin qeyd etdikləri ərazidə də yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğu üçün növbəti ildə həmin ərazidə yeni subartezian quyusunun qazılmasının nəzərə alınacağı onların diqqətinə çatdırılıb.
“Yeni subartezian quyusunun qazılacağı ərazidə əkin sahələri olan sakinlərlə söhbət aparılıb, onlar ərazidə yeni subartezian quyusu qazılması üçün sakinlərdən pul yığılmadığını bildirib, yazılı izahat veriblər. Odur ki, yazıdakı faktlar əsassızdır. Yazıda adı çəkilən Məhəbbət Həsənova şantaj yolu ilə rayon icra hakimiyyəti başçısının müavininə şər atmaqla öz istəyinə çatmaq, icra hakimiyyəti əməkdaşlarının işgüzar fəaliyyətinə kölgə salmaq istəyir”, - açıqlamada qeyd olunub.
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...