Kürdəmirdə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib
İyunun 22-də Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası tərəfindən 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar olaraq rayon “Gənclər evi”ndə gənclərin, hüquq-mühafizə orqanları əməkdaşlarının, məktəb psixoloqlarının iştirakları ilə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Ağali Kərimli ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şahin Əhmədov, Mərkəzi Aran Regional Təhsil idarəsinin Kürdəmir rayonu üzrə Təhsil sektorunun müdiri Rəfail Məmmədov, rayon Gənclər və İdman İdarəsinin müdir müavini Qalib Baxşıyev və şəhər 1 saylı tam orta məktəbin psixoloqu Mehriban Balıyeva narkotik vasitələrin insan orqanizminə vurduğu ziyan, geri dönüşü olmayan mənəvi fəsadlar barədə danışaraq, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.
Tədbirin sonunda narkomaniyanın zərərli təsirləri, acı nəticələri barədə çəkilmiş videoçarx nümayiş olunub.
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...