Qaradağ rayonunda fəaliyyət göstərən bir qrup hərbçi fəxri fərman və hədiyyələrlə təltif edildi - Fotolar
26 İyun Silahlı Qüvvələr günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonda fəaliyyət göstərən hərbi hissə nümayəndələrinin bir qrupunu qəbul edərək, onları fəxri fərman və hədiyyələrlə təltif edib.
Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı aparatının müavinləri və şöbə müdürləri iştirak edib.
Vətən müharibəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Süleyman Mikayılov çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun şanlı qələbəsindən danışıb, ordu, xalq birliyinin nəticəsi olaraq mütləq qələbimizin həyata keçdiyini vurğulayıb.
Milli Məlisin deputatı Aydın Hüseynov çıxışında ordu quruculuğunun hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə təşkil olunan Naxçıvanski adına hərbi liseyin yaradılması ilə başlandığını və Prezident İlham Əliyevin sayəsində yüksək səviyyəyə qalxdığını deyib. Bunun nəticəsi olaraq ordumuz müasir tələblərə cavab verərək torpaqlarımızı işğalçılardan azad etdiyini söyləyib.
Hərbi hissənin komandirləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirib.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...