“Azərreyl” Slovakiya, “Murov” Xorvatiya komandası ilə qarşılaşacaq


Voleybol üzrə avrokubokların püşkü atılıb. 2022/23 mövsümündə Azərbaycanı təmsil edəcək iki klubun rəqibi də dəqiqləşib.
Kişilər arasında Azərbaycan çempionu “Murov” mübarizə aparacağı Çelenc kubokuna 1-ci mərhələdən başlayacaq. “Murov” Xorvatiyanın “Kitro Varazdin” klubu ilə görüşəcək.
Oyunlar oktyabrın 11-13-də və 18-20-də keçiriləcək. Azərbaycan çempionu ilk sınağına səfərdə çıxacaq.
Çelenc kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu mübarizəyə 1/32 finaldan başlayacaq. Komanda Slovakiyanın “Slovan” klubu ilə görüşəcək.
Burada ilk matçlar noyabrın 22-24-də, cavab qarşılaşmaları noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Azərbaycan vitse-çempionu turnirə səfərdə başlayacaq.
-
İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib
...
-
Azərbaycan Premyer Liqasında II tur başlayır - Cədvəl
...
-
“Neftçi” Konfrans Liqası ilə vidalaşdı - Video
...
-
Konfrans Liqası: "Neftçi" bu gün Avstriyada cavab oyununa çıxacaq
...
-
Leyla Əliyeva idmançılarımızı izlədi - Fotolar
...
-
“Qələbəmi Prezidentə və Mehriban Əliyevaya həsr edirəm” - Hacı Əliyev
...
-
"Qarabağ"ın prezidenti: "Azərbaycana yaraşan futbol oynadıq"
...
-
“Qarabağ”ın oyunlarının vaxtı dəqiqləşdi
...
-
Hacı Əliyevdən möhtəşəm geridönüş - Video
...
-
“Qarabağ”ın qələbəsinin - Videosu
...