Xırdalanda şəhidin doğum günü qeyd edildi - Fotolar

14:13 29-06-2022 | icon 1530
Xırdalanda şəhidin doğum günü qeyd edildi - Fotolar

Abşeron rayonunda 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar Vətən Müharibəsində igidliklə döyüşərək Zəfər günü şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid Bahadurov Anar Süleyman oğlunun 30-cu doğum günü qeyd edilib.

Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində baş tutan tədbirdə RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.

 

Mərasimdə dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.

Sonra çıxış edən şəhid Anar Bahadurovun atası Süleyman Bahadurov, anası Zeynəb Bahadurova dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, idiglərimizin qəhrəmanlıqlarından danışıblar.

Həmçinin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Abşeron rayon İcra Hakimiyyətinin və “Ləziz Manqal” restoranının birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi, eləçədə I Qarabağ Müharibəsi qaziləri üçün bayram süfrəsi təşkil edib.

Bayram süfrəsində yerli incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

 




 

Digər xəbərlər

0.28993487358093