AHİK-in təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub

21:13 29-06-2022 | icon 1190
AHİK-in təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub

İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
təşkilatçılığı ilə “BƏT-nin icbari əməyin ləğv edilməsi haqqında 105 saylı
konvensiyasının müzakirələrinin nəticələri barədə məlumat, 205 saylı
Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda
dəyirimi masa keçirilib.
Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq
Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa
bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli
koordinatoru Yaşar Həmzəyev, həmçinin AHİK-in rəhbərliyi və KİV
nümayəndələri iştirak ediblər.
S.Möhbalıyev çıxışında icbari əməyin qlobal xarakter daşıdığını və dünyada 21
milyona yaxın insanın icbari əməyin qurbanı olduğunu bildirib: “Bunlardan 880
mini Avropa İttifaqı ölkələrinin payına düşür ki, onların da 90 %-i özəl sektorda
çalışanlardır. 68 faizini isə kənd təsərrüfatına, inşaata və ev işlərinə zorla cəlb
olunanlar təşkil edir”.
Onun sözlərinə görə, Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-nin
Konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına
ciddi yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul
edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və
təkliflərini bildirməklə fəal iştirak edir: “Bundan sonra da 105 saylı
Konvensiyanın tətbiqi ilə bağlı ətraflı müzakirələr davam etdiriləcək və əsaslı
tədbirlər görüləcəkdir. Azərbaycan hökuməti və bütün maraqlı qurumlar BƏT-
nin 105 saylı Konvensiyasının tətbiqinə böyük diqqət yetirir, Konvensiyada
göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək
qanunvericiliyi formalaşdırılıb təkmilləşdirilir. Əmək, sosial və iqtisadi sahədə
qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsində irəliləyişlər
nəzərdə tutulur”.

“AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq
məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək
qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. Təsadüfi
deyildir ki, sosial partnyorlarla imzaladığımız Baş Kollektiv Sazişin 4.1.10-cu
maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan
qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial
proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə
tutulmaqla tərəflərin öhdəliyinə daxil edilib”, - S.Möhbalıyev qeyd edib.
BƏT-nin sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli
koordinatoru Yaşar Həmzəyev, AHİK-in şöbə müdiri Namiq Hüseynov və digər
çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının
müdafiəsindən, onlara dəyən zərərin ödənilməsindən, maarifləndirmə işinin
təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin
gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin
və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

Qeyd edək ki, tədbir iki gün (29-30 iyun) davam edəcək.


Digər xəbərlər

0.29129886627197