Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 2,7 % azalaraq 123,40 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 108,86 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
-
"Ağ çiçəyim" - hər kəsin çiçəyi
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...
-
Azərbaycan nefti ucuzlaşıb
...
-
Azərbaycan nefti cüzi bahalaşıb
...
-
Azərbaycanda ilk üztanıma texnologiyalı - eSIM xidməti
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...
-
Azərbaycan neftinin qiyməti 102 dollara düşüb
...
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
...
-
Prezident büdcədən 10,1 milyon manat ayırdı
...
-
Əhalinin gəlirləri açıqlandı
...