AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

19:45 02-07-2022 | icon 1395
AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təsisçi üzvlərinin və İdarə Heyətinin birgə iclası keçirilib.

Toplantıda 2 iyul Beynəlxalq İdman Jurnalistləri günü münasibəti ilə qurumun üzvləri təbrik olunub və onlara fəaliyyətlərində uğurlar arzulanıb.

İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar qurumun adının dəyişdirilməsi, yeni üzvlərin qəbulu, İdarə Heyətinə yeni üzvlərin qəbulu və AİJF prezidentinin seçilməsidir.

Səsvermə nəticəsində qərara alınıb ki, bundan sonra qurum Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi adlandırılsın və müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin. Bundan əlavə, İdarə Heyəti üzvlərinin sayı 11-ə yüksəldilib.

Səsvermə ilə Şəmsəddin Abbasov (CBC Sport), Azər İsmayıl (ARB24 TV), Kənan Hakimov (İTV), Vüqar Nəzərov (İdman TV), Elmir Əliyev (Haqqın.az), Ayan Nəcəf (ARDNF-nin Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri) və Ülkər Abbasova (Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi) qurumun İdarə Heyətinin yeni üzvləri seçiliblər.

Firuz Abdulla təşkilatın vitse-prezidenti, Elşən Məmmədov (Report.az), Sənan Şəfizadə (ATV) və Vüqar Zeynalov (Azerisport.com) isə İdarə Heyətinin üzvü kimi fəaliyyətlərini davam etdirəcəklər. Qurumun iki illik fəaliyyəti kifayət qədər qənaətbəxş hesab edilib.

Təşkilatın sabiq prezidenti Qabil Mehtiyev üzvlərlə görüşərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Ardınca İdarə Heyətinin qapalı iclası keçirilib. Təşkilatın İdarə Heyətinin yekdil qərarı ilə ARB 24 televiziyasının əməkdaşı Azər İsmayıl qurumun yeni prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin daha əvvəl keçirilən iclasında qurumun prezidenti Qabil Mehdiyevin, vitse-prezident Mahir Rüstəmlinin, İdarə Heyətinin üzvləri Cəmaləddin Rəhmanov, Fərid Mansurov və Ellada Mustafayevanın istefaları səsvermə ilə qəbul edilib.


Digər xəbərlər

0.28200912475586