Azərbaycanda at fermasının sahibi həbs edildi
Xızıda fermer həbs edilib.
Xızı rayon Məhkəməsinin qərarı ilə, rayonun Fındığan kəndində yaşayan və fərdi at təsərrüfatı olan 1967-ci il təvəllüdlü Mayıl Yolçuyevə 8 sutka inzibati həbs cəzası verilib.
Bilirilir ki, əslən Kəlbəcər rayonundan olan M.Yolçuyevin fermasındakı atlarla bağlı kənd sakinləri Xızı Rayon Polis Şöbəsinin sahə rəisinə şikayətlər ediblər. Bundan sonra sahə rəisi fermeri şöbəyə dəvət edib. Mayıl Yolçuyevlə profilaktik söhbətlər aparılarkən o, səbəbsiz yerə inzibati binanın xidməti otağında qışqıraraq polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədib. Əl-qol hərəkətləri ilə qışqrmağa davam edən şəxsin əməli ilə bağlı az sonra raport tərtib edilərək rəhbərliyə məruz edilib və onun barsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Qeyd edək ki, həbs edilən fermerin təsərrüfatında 20 başa yaxın at, xeyli sayda iribuynuzlu mal-qarası var.
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...