Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər

11:36 05-07-2022 | icon 1459
Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər

Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm
də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Bu gün ölkəmiz Beynəlxalq
münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları
çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil
xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli
ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını
gündən günə artırmaqdadır.
 Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin
geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Prezident cənab İlham
Əliyev hər zaman Xəzəryanı ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin
inkişaf etdirilməsinə böyük önəm vermişdir.
29 iyun 2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət
Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin çıxışı və bu çıxışdan irəli gələn aktual məsələlər böyük önəm daşıyı.
Zirvə Toplantısında çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın ölkələrimizin
Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini, Xəzər dənizinin hüquqi
statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyətindən bəhs
etmiş və Konvensiyanın tezliklə qüvvəyə minməsilə dövlətlərimizin bundan sonrakı
hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər
görülməsi üçün möhkəm hüquqi zəmin yaradacağını bildirmişdir. Eyni zamanda dövlət
başçısı cənab İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycan Avrasiyanın mühüm
nəqliyyat və logistika mərkəzlərindən biridir və ölkəmiz Şərq-Qərb və Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.
Prezident cənab İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsindən sonra
Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri barədə də
toplantı iştirakçılarına ətraflı məlumat verdi və Zəngəzur dəhlizinin iqtisadi
əhəmiyyətindən bəhs etdi.
Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradıb, həmçinin region və qonşu ölkələr
üçün etibarlı tərəfdaşdır.
Seyidova Nəzifə Sübhü qızı.
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.26428008079529