Şəhid mayor Tofiq Kərimovun doğum günündə məzarı ziyarət edildi - Fotolar
Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, Qaradağ rayon rəhbərliyi şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edir.
Qaradağ rayon icra hakmiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyətinin məsul vəzifəli şəxsləri şəhid Kərimov Tofiq Dadaş oğlunun doğum günündə onun məzarını ziyarət edib.
Daha sonra şəhidin ailəsi və övladları Ümid qəsəbəsində yaşadıqları mənzillərində ziyarət olunub. Ailənin mövcud bütün məsələləri araşdırılıb və yerində köməklik göstərilib.
Qeyd edək ki, şəhid mayor Kərimov Tofiq Dadaş oğlu 07.07.1973-cü il tarixində Qaradağ rayonu Sahil qəsəbəsində dünyaya gəlib. O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edib və Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı 09.11.2020-ci il tarixində şəhid olub.
Döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə şəhidimiz, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...