Daha bir benzin markasının qiyməti bahalaşdı
Xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti artırılıb.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə “Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, “Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.
Məlumat üçün bildirək ki, “Aİ-98” markalı benzinin əvvəlki qiyməti 1.90 AZN idi.
Qeyd edək ki, ötən gün Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...