Lənkəranın icra başçısının müavini vəzifəsindən azad edildi
Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilib.
Bu barədə İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, icra başçısı Taleh Qaraşovun müvafiq əmri ilə R.Arifqızı tutduğu vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, bir neçə gündür Lənkəranın icra başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumat yayılıb.
Araşdırmalardan sonra fakt təsdiqini tapıb. Baş Prokurorluğun bu gün yaydığı açıqlamada həm Rasilə Arifqızı, həm də Yeganə Əskərova barəsində işlədikləri qurumlara müvafiq təqdimatlar göndərildiyi qeyd edilib.
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...