Güləşçimiz dünya çempionu oldu - Fotolar

12:38 21-08-2022 | icon 1177
Güləşçimiz dünya çempionu oldu - Fotolar

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

 

Məlumata görə, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Kənan Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurban Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib.

60 kq-da Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və bürünc medal üçün güləşəcək.

***

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayanı 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

***

Yunan-Roma güləşçimiz Laçın Vəliyev (87 kq) U-20 dünya çempionatının bürünc medalına yiyələnib.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz koreyalı Donqyun Yuna 9:0 hesabı ilə qalib gəlib.

Digər güləşçimiz Xasay Həsənli (77 kq) isə bürünc medal görüşündə moldovalı Aleksandrin Qutuya 5:11 hesabı ilə məğlub olub.

 

 



Digər xəbərlər

0.2820041179657