Media Araşdırmaları və Monitorinq Mərkəzi yaradıldı
2016-cı il 29 iyul tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin 27 iyul 2022-ci il tarixində növbəti ümumi yığıncağı baş tutub.
Ümumi yığıncaqda idarə heyəti qərara alıb ki, təşkilatın adında və nizamnaməsində dəyişiklik edilsin.
Belə ki, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin İdarə Heyəti təşkilatın adında və nizamnaməsinində dəyişiklik edərək, “Media Araşdırmaları və Monitorinq Mərkəzi” İctimai Birliyi adlandırılmasına qərar verib. Mərkəzin sədri ümumi yığıncağın yekdil səsverməsiylə Zaur Qəriboğlu seçilib.
Bundan sonra təşkilat dünyada və Azərbaycan mediasında Azərbaycanla bağlı müxtəlif mövzuları araşdıracaq və monitorinqini təşkil edəcək. Dünyada Azərbaycana qarşı ikili standartların aradan qaldırılması istiqamətində, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəsini verəcək. Yeni təşkilat nizamnamədən irəli gələrək ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlarla əlaqələr qurmağı, yeni layihələr həyata keçirməyi qarşısına məqsəd qoyub. Bununla əlaqədar təşkilat müxtəlif seminarlar, kurslar, dəyirmi masa və görüşlər təşkil etməyi də planlaşdırır.
Mərkəzin sədri Zaur Qəriboğlu bildirib ki, yeni yaranan təşkilat media araşdırmaları və monitorinqi sahəsində beyin mərkəzi kimi formalaşacaq: “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi kimi qarşıya qoyulan məqsədlər üçün var gücü ilə çalışacaq. Əvvəlki adımızla da biz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün kifayət qədər mühüm işlər görmüşdük. Xüsusi olaraq, “İrəvan-2018” hərəkatı və “İrəvan-2018” saytının yaradılmasını qeyd etmək istəyirəm. Bundan sonra yeni yaradılan təşkilat da bu istiqamətdə işlər aparacaq, media araşdırmaları, monitorinqlər həyata keçirəcəyik. Yaxın günlərdə mərkəzin www.mamm.org.az adlı saytı da fəaliyyətə başlayacaq”.
Qeyd edək ki, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin ümumi yığıncağının qərarı ilə adında və nizamnaməsində edilən dəyişikliklər 23 avqust 2022-ci il tarixində Ədliyyə Nazirliyinin dövlət notariat Baş İdarəsində dövlət reyestrinə daxil edilib.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...