İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

09:30 27-08-2022 | icon 1362
İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin
başçılığı ilə döst ölkənin nümayəndə heyəti paytaxtımız Bakı şəhərinə rəsmi səfərə
gəlmişdir. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayev ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Bu səfər ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqda yeni səhifə açılır.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq
sənəd imzalanıb. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcəkdir. 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində
keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər, eyni zamanda,
dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin
təqdim olunması perspektivlər barədə aydın təsəvvür yaradır. Səfər çərçivəsində
imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji
münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi
haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır.  Bəyannamədə qeyd edildiyi kimi
biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. İmzalanan Bəyannamə iki ölkə
arasında  əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyət
üçün çox ciddi baza kimi xidmət edəcəkdir. Birgə Bəyannamədə həm də Azərbaycanın
Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da
əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd
edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaqdır.
Avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi qeyd ediləcək. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında
qarşılıqlı etimad və bərabərlik prinsipi mehriban qonşuluq münasibətlərini daha da
dərinləşdirib. Azərbaycan ilə Qazaxıstan arasında həmişə etimada və ehtirama
əsaslanan münasibətlər və əməkdaşlıq mövcud olub. Ölkələrimizi ortaq tarixi köklər və
ortaq mədəniyyətlə bərabər, yenilməz əzm və mehriban qonşuluq münasibətlərini daha
da inkişaf etdirmək səyləri birləşdirir. Odur ki, regionda aparıcı mövqelər tutan
Azərbaycan və Qazaxıstan birgə iri layihələri müvəffəqiyyətlə həyata keçirirlər.
  Bölgədə sabitliyin başlıca şərtləri olan birgə fəaliyyətin əsasını dövlətlərin
suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə
qarışmamaq prinsipləri təşkil edir. Region ölkələri xalqlarının rifahının yüksəldilməsinə
yönəlmiş bir çox beynəlxalq və regional layihələrin əsasını da qarşılıqlı faydalı iqtisadi
əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz
kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb
edilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində birgə çalışmaq niyyəti təşkil
edir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.
Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında
mühüm rol oynayır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar
göz önündədir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı
Azərbaycanın göstərdiyi səylər belə bir cümlə ilə ifadə edilir ki, Zəngəzur dəhlizi artıq
reallığa çevrilir. Bu mühüm addım türk dünyasının birliyinə, həmrəyliyinə böyük töhfə
olacaqdır.
Ağayeva İradə Qurban qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.27294301986694