Tarixi qələbədən 10 il keçir
10 il...
Zaman tez keçir...
Azərbaycan klub futbolunun Avropa qrupları qapısının açıldığı yubiley ili...
Hələ stadionu tərk etməmişik. Azğın düşmənpərəst yerli fanatlar tribunaları tərk etmirlər. Aylar öncə Çempionlar Liqasının 1/4 finalında Madrid “Real”ı ilə qarşılaşmış APOEL-in “Neftçi” qarşısında diz çökməsi həzm edilmir...
Polislərlə azarkeşlər arasında qarşıdurma yaranır. Təhlükəsizliyi təmin edənlər gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalırlar. “Neftçi”ni müşayiət edən 15-ə yaxın jurnalist də bunun əziyyətini çəkir, fanatların psixoloji təzyiqi ilə üzləşirlər...
Çətinliklə bütün komanda, nümayəndə heyəti tuneldə, paltardəyişmə otağında bir yerə toplaşır. Hamı tarixi qələbəyə sevinir, bir-birini təbrik edir. Müvafiq orqanlar təhlükəsizlik səbəbi ilə “Neftçi”nin stadionu tərk etməsinə icazə vermirlər...
Azarkeş-polis qarşıdurması davam edir...
3-4 xüsusi geyimli mühafizə əməkdaşını yaralı, qan içində “Təcili yardım” maşını ilə aparırlar. 2-3 saat, gecəyə kimi stadionda qalmaq məcburiyyətindəyik.
Qələbənin təsirindən yorğunluq hiss olunmur. Xüsusi, gücləndirilmiş müşayiətlə nəhayət qaldığımız otelə gəlib çıxırıq...
Təbrik zənglərinin ard-arası kəsilmir. Xəbər verirlər ki, Bakıda Azərbaycan, klub bayraqları ilə fanat/azarkeşlər küçələrə axışıb...
Xalqa sevinc bəxş etməkdən böyük hisslər ola bilməz!
Bütün gecəni yatmırıq. Qrupda kimlərlə oynayacağıq müzakirələri ilə səhər açılır...
Hava limanındayıq...
Virtuoz pilotlarımız qələbənin memarlarını doğma Bakıya çatdırmağa tələsir...
Fanatlarla möhtəşəm qarşılanma mərasimi qabaqdadır...
Tahir Süleymanov, “Neftçi”nin sabiq vitse-prezidenti
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...