Bakıda poçt qutularına narkotik yerləşdirən şəxs ələ keçdi - Foto
Bakıda binaların girişlərində quraşdırılan poçt qutularında satmaq üçün narkotik maddə gizlədən şəxs tutulub.
Nizami rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olumuş Ülvi Musayev tutulub. Onun üzərinə baxış zamanı külli miqdarda - 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub. Ü.Musayev ifadəsində sosial şəbəkədə tanış olduğu narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. O, həmin narkotacirin göstərişi ilə onlayn yolla satdığı heroini əsasən binaların girişlərində olan poçt qutularında gizlətdiyini bildirib.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...