MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

20:36 02-09-2022 | icon 202
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə rəsmi tədbir noyabrda keçiriləcək.

Bu barədə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. O bildirib ki, qarşıdakı mərasim Avropa Olimpiya Komitəsinin (EOC) tədbirləri siyahısında əksini tapıb. Tədbirə EOC və Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri də qatılacaqlar.

Ç.Hüseynzadə yubileyin dəqiq tarixinin yaxın vaxtlarda müəyyənləşəcəyini əlavə edib: "Rəsmi tədbir noyabrın 10-da, 11-də və ya 12-də olacaq".


Digər xəbərlər

0.18644618988037