Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu

15:36 05-09-2022 | icon 1032
Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Turun son matçında “Zirə” “Qəbələ”ni qəbul edib.

 

“Dalğa Arena”dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb. 10 dəqiqə sonra “qartallar”dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

3 oyunluq qələbə həsrətinə son qoyan “Zirə” xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan “Qəbələ” isə 9 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında “Qarabağ” “Kəpəz”ə, “Turan Tovuz” “Şamaxı”ya 1:0, “Neftçi” “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib. “Sabah”– “Səbail” görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.


Digər xəbərlər

0.2587788105011