Sabahdan bu metro stansiyaları daha tez bağlanacaq

21:01 05-09-2022 | icon 1398
Sabahdan bu metro stansiyaları daha tez bağlanacaq

Sentyabrın 6-dan oktyabrın 1-dək Bakı metrosunun “Bənövşəyi” xəttinin stansiyaları saat 23:30-da bağlanacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd olunub ki, “Bənövşəyi” xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır: “Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq”.


Digər xəbərlər

0.31269693374634